Gerb

13 avqust 2010, 18:40

Azərbaycan Respublikasında daşınmaz əmlak obyektlərinə ünvan verilməsinin təkmilləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 27 noyabr tarixli 27 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 11, maddə 981) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları"na aşağıdakı əlavələr edilsin:

1.1. 3.2-ci bəndin sonuna “və ya dəyişdirilir” sözləri əlavə edilsin;

1.2. 4.2-ci bəndə aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

“Bu Qaydalara uyğun olaraq daşınmaz əmlak obyektlərinə ünvan verilməsi və ya ünvanın dəyişdirilməsi barədə məlumat 7 gün müddətində Xidmət tərəfindən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərilir.”.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 13 avqust 2010-cu il.