|
08 sentyabr 2012, 16:20
Fuad Ağayevdən, Masallı, Azərbaycan
Möhtərəm cənab Prezident, Ramil Səfərovun azadlığa buraxılması haqqında atdığınız humanist addıma görə Sizə ürəkdən minnətdarlıq edirik. Bu ədalətli qərarınız bizi sevindirdiyi kimi Azərbaycanı istəməyənlərin qanını qaraltmışdır. Yenə də haqq işinizə ikili standartlardan yanaşanlar vardır. Ermənilər yüzlərlə insanın qanını tökən terrorçuları müdafiə edir, azadlığa buraxır, onlara heç kimi heç nə demir. İndi Ermənistanda hakimiyyətdə olanların böyük əksəriyyəti cinayətkarlardır. Dünya buna da göz yumur. Amma, Vətəninin, dövlətinin şərəfini qoruyan Azərbaycanlı zabitin əfv olunmasına etiraz edənlər tapılır. Qoy nə deyirlər desinlər, cənab Prezident, Sizin işiniz haqq işidir, ədalətin bərpasıdır. Biz Sizə haqqın, ədalətin bərpası uğrunda yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq. Hörmətlə, Ağayev Fuad Əjdər oğlu, Qarabağ müharibəsi əlili. Azərbaycan Respublikası, Masallı rayonu, Təzəkənd kəndi. AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 15:20
İlham Əliyev Qəbələ rayonuna səfərə gəlmişdir
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.