|
08 sentyabr 2012, 16:25
Həbib Misirovdan, Kəlbəcər, Azərbaycan
Möhtərəm cənab Prezident! Sizin apardığınız güclü daxili və xarici siyasət nəticəsində bu gün Azərbaycan xalqı ən xoşbəxt və qürur dolu günlərini yaşayır. Atdığınız hər bir addım Azərbaycan xalqını Sizin ətrafınızda daha sıx birləşdirir, Azərbaycan gəncinin Sizə olan rəğbət və ehtiramını daha da artırır. Sizin verdiyiniz növbəti bir qərar isə bütün dünya azərbaycanlılarının böyük sevincinə səbəb olmuşdur. Bu qərar Azərbaycan xalqının qəhrəman oğlu Ramil Səfərovun əfv edilməsi haqqında imzaladığınız Sərəncamdır. Bu addım bütün Azərbaycan gəncləri kimi, Kəlbəcər rayonundan müvəqqəti qaçqın düşmüş biz gənclərin də simasında sevinc hisslərinin qol-qanad açmasına, milli vətənpərvərlik hissini bütün canımızla-qanımızla yaşamağımıza səbəb oldu. Doğma yurd həsrətimizin tezliklə bitəcəyinə inamı birə min artırdı, bizlərə əlavə güc-qüvvət verdi. Möhtərəm Prezident! Ramil Səfərovun azad edilməsi, ona göstərilən yüksək dövlət qayğısı hər bir gəncin ürəyincə oldu. Əllərimizdə üçrəngli ay-ulduzlu bayraqlarla ziyarət etdik qəhrəmanımızı, bu anların sonsuz sevincini onunla birgə yaşadıq. Bu sevinci bizlərə yaşatdığınız üçün, bizləri Vətənə məhəbbət, sədaqət ruhunda tərbiyələndirdiyiniz üçün Sizə minlərlə Kəlbəcər rayon gəncləri adından təşəkkür və minnətdarlığımızı bildiririk. Cənab Ali Baş Komandan, Söz veririk ki, Sizin əmrinizlə biz gənclər Qarabağımızı düşmən tapdağından azad etməyə hər an hazırıq. Allah Sizi qorusun! Allah Azərbaycanımızı qorusun! Kəlbəcər rayon gəncləri adından dərin hörmətlə,
Misirov Həbib Məhərrəm oğlu. AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 15:20
İlham Əliyev Qəbələ rayonuna səfərə gəlmişdir
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.