|
08 sentyabr 2012, 17:15
Məlahət Həsənovadan, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident! Avqustun 31-də aldığımız şad xəbər hər bir azərbaycanlının qəlbini riqqətə gətirdi. Azərbaycan Bayrağının şərəfini öz ləyaqəti kimi qoruyan Ramil Səfərovun yenidən öz Vətəninə qaytarılması, hava limanındaca əfv Sərəncamının oxunması Azərbaycan dövlətinin qüdrətini, Sizin humanistliyinizi, müdrik siyasətinizi nümayiş etdirdi. Sizin bu qətiyyətli addımınız düşmənə vurulan ağır zərbə oldu. Sübut etdiniz ki, Ramil Səfərov kimi qeyrətli zabitimizin arxasında Azərbaycan adlı qüdrətli dövlət və İlham Əliyev kimi yenilməz iradəyə malik Ali Baş Komandan dayanıb. Ramil Səfərov kimi vətənpərvər bir oğlu xalqımıza yenidən qovuşdurduğunuza görə, Sizə dərin minnətdarlığımızı bildiririk. Hörmətlə,
Həsənova Məlahət Nufu qızı. AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 15:20
İlham Əliyev Qəbələ rayonuna səfərə gəlmişdir
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.