|
08 sentyabr 2012, 18:50
Səkinə Sadıxovadan, Sumqayıt, Azərbaycan
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev! Prezidentliyiniz dövründə ölkənin hər bir vətəndaşına verdiyiniz dəyər və qiyməti xalqımız həmişə hiss etmiş və buna görə Sizinlə qürur duymuşdur. Bu günlərdə uğurlu siyasətiniz və şəxsi nüfuzunuz sayəsində səbirsizliklə gözlədiyimiz xalqımızın vətənpərvər övladı Ramil Səfərovun ölkəmizə gətirilməsi və onu ömürlük həbs cəzasından azad etməyiniz hamı kimi biz Sumqayıt şəhər tibb işçilərini də sevindirmişdir. Biz tibb işçiləri inanırıq ki, hər bir azərbaycanlı üçün bu diqqət və qayğınız ölkəmizin inkişafı və gələcəyi ilə bağlı apardığınız uğurlu siyasət və atdığınız addımlar Azərbaycanı ərazi bütövlüyümüz uğrunda mübarizədə qələbəyə daha da yaxınlaşdırır. Qələbəyə gedən bu yolda bütün Azərbaycan vətəndaşları Sizinlə bir yerdədir. Hörmətlə,
Sadıxova Səkinə, həkim. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.