Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Mirdaməd Sadıqovdan, Gəncə, Azərbaycan

Text size Plus Minus

08 sentyabr 2012, 19:15

Möhtərəm cənab Prezident, Zati-aliləri!

Azərbaycanın qeyrətli zabiti Ramil Səfərovun əfv edilməsi haqqında Sərəncamınız Azərbaycan Dövlət Aqrar Universitetinin kollektivinin qəlbini riqqətə gətirdi. Sizə ən dərin təşəkkürümüzü və minnətdarlığımızı bildiririk. Ramil Səfərovun əfv olunması Azərbaycan Prezidentinin, Azərbaycan gəncinin, Azərbaycan əsgərinin və bütövlükdə xalqımızın qələbəsidir. Bu tarixi Sərəncamınız kollektivimizi daha yaxşı işləməyə ruhlandırır. Cənab Prezident, Sizə bir daha minnətdarlığımızı bildirir, Azərbaycanımızın tərəqqisi naminə fəaliyyətinizdə yeni-yeni uğurlar diləyirik.

Səmimi hörmətlə,

Sadıqov Mirdaməd Mirsadıq oğlu,

ADAU-nun rektoru, professor.

Azərbaycan Respublikası, Gəncə şəhəri. 

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi