İlham Əliyev Zaqatalada 2 nömrəli tam orta məktəbin açılışında iştirak etmişdir

09 sentyabr 2012, 12:45
İlham Əliyev Zaqatalada 2 nömrəli tam orta məktəbin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev ölkəmizin şimal-qərb bölgəsinə səfəri çərçivəsində Zaqatala rayonuna gəlmişdir.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə dövlətimizin başçısına rayonda aparılan yenidənqurma işləri və cari il mayın 7-də baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər barədə ətraflı məlumat verdilər.

Sonra Prezident İlham Əliyev Zaqatalada 750 şagird yerlik 2 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak etdi.

Dövlətimizin başçısı məktəbin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, 1952–ci ildə inşa edilmiş bu məktəb 500 şagird yerlik olmuşdur. Cari il mayın 7-də baş verən zəlzələ nəticəsində məktəbin binası qəzalı vəziyyətə düşmüşdür. Azərbaycan Prezidentinin tapşırığına əsasən bu ilin iyununda təhsil ocağı yenidən tikilmişdir. Müasir görünüşü ilə diqqəti cəlb edən yeni məktəb binasında tədrisin keyfiyyətlə aparılması üçün bütün şərait yaradılmışdır. Müasir avadanlıqla və dərs ləvazimatları ilə təmin edilmiş məktəbin üçmərtəbəli binasının ümumi sahəsi bir hektardır. Burada A, B, C, D, E tədris blokları fəaliyyət göstərir. Məktəbin həyətində açıq futbol meydançası, mərkəzləşdirilmiş istilik sistemi yaradılmış, iki su anbarı, 630 kilovoltluq transformator quraşdırılmışdır.

Məktəbin binasının birinci mərtəbəsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə təhsilin inkişafına diqqət və qayğısını əks etdirən fotostend vardır.

Məktəbdə yaradılmış şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, burada 45 sinif otağı, fənn kabinetləri, zəngin kitab fonduna malik kitabxana, akt zalı, şagirdlər üçün istirahət zalları, 250 nəfərlik yeməkxana, bufet, müəllim otaqları, inzibati və digər otaqlar vardır. Burada, həmçinin ingilis dili, internetə qoşulmuş kompyuter otaqları, müasir avadanlıqla təmin edilmiş laboratoriyalar fəaliyyət göstərir. Bu da şagirdlərin bilik və bacarıqlarının daha da genişləndirilməsinə böyük imkanlar açır. Hazırda məktəbdə təhsil alan 700 şagirdin təlim-tərbiyəsi ilə 110 müəllim məşğul olur. Tədrisin rus dilində aparıldığı məktəbdə ağac, metal üzərində oyma, tikiş emalatxanaları da fəaliyyət göstərir. Bu da şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri ilə yanaşı, peşə sahəsində bilik və bacarıqlarını artırmalarına imkan yaradır.

Bildirildi ki, məktəbin müasir qurğularla təmin edilmiş idman zalında mini futbol, basketbol və idmanın digər növləri ilə məşğul olmaq üçün lazımi şərait vardır.

Dövlətimizin başçısı məktəbdə yaradılmış şəraitdən razılığını bildirdi, kollektivə yeni tədris ilində uğurlar arzuladı.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 03 iyul 2026
12:19
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:       ...

03 iyul 2026, 12:19
SƏNƏDLƏR Fərmanlar 03 iyul 2026
12:18
“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının...

03 iyul 2026, 12:18
SƏNƏDLƏR Qanunlar 03 iyul 2026
12:17
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10–13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan...

03 iyul 2026, 12:17
SƏNƏDLƏR Fərmanlar 02 iyul 2026
16:13
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006,...

02 iyul 2026, 16:13