İlham Əliyev Şəkidə taxıl anbarı və dəyirman kompleksinin açılışında iştirak etmişdir

09 sentyabr 2012, 17:00
İlham Əliyev Şəkidə taxıl anbarı və dəyirman kompleksinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Şəkiyə səfəri çərçivəsində taxıl anbarı və dəyirman kompleksinin açılışında iştirak etmişdir.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev məlumat verdi ki, regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Şəki rayonunun Göybulaq kəndində üç hektar ərazidə taxıl məhsullarının tədarükü, saxlanması və emalı kompleksi inşa edilmişdir. Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə yaradılan bu kompleksə taxıl anbarı və un dəyirmanı daxildir. Kompleksin ümumi layihə dəyəri 4,5 milyon manatdır. Bu layihənin icrasına İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 700 min manat güzəştli kredit verilmişdir.

Prezident İlham Əliyev dəyirmanın iş prosesindən bəhs edən filmə baxdı. Dövlətimizin başçısına “Karat Holdinq”in nəzdində fəaliyyət göstərən müəssisələrdə istehsal olunan məhsullar barədə də məlumat verildi. Bildirildi ki, burada əsasən düyü, un, makaron, qarabaşaq və digər məhsullar istehsal olunur.

Azərbaycan Prezidenti kompleksi işə saldı.

Dövlət başçısının diqqətinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəki-Zaqatala iqtisadi rayonunda verilmiş güzəştli kreditlər barədə də məlumat çatdırıldı. Bildirildi ki, indiyədək Fond tərəfindən Şəki-Zaqatala iqtisadi rayonu üzrə 1239 sahibkara 69,3 milyon manat, o cümlədən 950 kiçik həcmli layihəyə 6,9 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 7 min 800-ə yaxın yeni iş yeri yaradılmışdır. 2012-ci ilin ötən dövrü ərzində isə Şəki-Zaqatala iqtisadi rayonu üzrə 108 sahibkara 23,3 milyon manat, o cümlədən 101 kiçik həcmli layihəyə 1,3 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 390-dan çox yeni iş yerinin açılması nəzərdə tutulmuşdur. İndiyədək Fond tərəfindən Şəki rayonu üzrə 290-dək sahibkara 15,3 milyon manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 2 min 20-dən çox yeni iş yeri yaradılmışdır.

Diqqətə çatdırıldı ki, iqtisadi rayon üzrə aparılan təhlillər perspektiv inkişaf meyilli sahələri də müəyyən etmişdir. Bunlar müasir heyvandarlıq komplekslərinin, quşçuluq təsərrüfatlarının, meyvə-tərəvəz emalı müəssisələrinin, iri taxılçılıq, çayçılıq və üzümçülük təsərrüfatlarının, çörək zavodlarının yaradılmasını nəzərdə tutur.

Bildirildi ki, layihənin icrasına 2010-cu ilin sonunda başlanılmış, 2012-ci ilin avqustunda başa çatdırılmışdır.

Məlumat verildi ki, taxıl anbarı xarici texnologiya əsasında qurulmuşdur. On dörd min tonluq taxıl anbarı hər birinin tutumu 3,5 min ton olmaqla 4 silodan ibarətdir. Müasir texnologiyaya əsaslanan taxıl anbarı Şəki və ətraf rayonlarda fəaliyyət göstərən fermerlərin istehsal etdiyi taxıl məhsullarının uzun müddətə itkisiz saxlanmasına imkan verir. Burada, eyni zamanda, taxılın qəbulu, təmizlənməsi və qurudulması prosesi də həyata keçirilir. Layihənin icrası respublikada taxılçılığın inkişafına təkan verməklə yanaşı, əhalinin il boyu keyfiyyətli buğda ilə təmin olunmasına şərait yaradır.

Kompleksin tərkibindəki un dəyirmanı da xaricdə istehsal olunan avadanlıqla təchiz edilmişdir. Dəyirmanın gündəlik istehsal gücü 220 tondur. Burada yüksək keyfiyyətli un istehsal edilir və qablaşdırılır. Layihələrin icrası nəticəsində 170 nəfər yeni iş yeri ilə təmin olunmuşdur.

Dövlət başçısı kompleksdə yaradılmış şəraitdən razılığını bildirdi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 03 iyul 2026
12:19
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:       ...

03 iyul 2026, 12:19
SƏNƏDLƏR Fərmanlar 03 iyul 2026
12:18
“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının...

03 iyul 2026, 12:18
SƏNƏDLƏR Qanunlar 03 iyul 2026
12:17
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10–13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan...

03 iyul 2026, 12:17
SƏNƏDLƏR Fərmanlar 02 iyul 2026
16:13
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006,...

02 iyul 2026, 16:13