Gerb

10 sentyabr 2012, 17:40
14137

Prezident İlham Əliyev respublikamızın şimal-qərb bölgəsinə səfəri çərçivəsində Qəbələ rayonuna gəlmişdir.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Qəbələ şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev Parkında görülmüş abadlıq-quruculuq işləri barədə məlumat verildi. Bildirildi ki, parkda əhalinin istirahəti üçün hər cür şərait yaradılmışdır.

Loader

Böyük ölçüdə