|
10 sentyabr 2012, 10:10
Nərmin Camalzadədən, Zərdab, Azərbaycan
Möhtərəm cənab Prezident! Xalqımızın mərd oğlu Ramil Səfərovu ömürlük həbs cəzasından xilas edərək ona daimi azadlıq bəxş etməyiniz bizi həddən artıq sevindirdi. Mən karate idman növü ilə məşğul oluram. Dünya kubokunu respublikamıza gətirmişəm. Uzaq ölkələrdə dövlət himnimizi səsləndirmiş, bayrağımızı ucaltmışam. Sizin Ali Baş Komandan kimi Ramil Səfərova qayğınız, Mübariz İbrahimov kimi cəsur, igid oğula “Azərbaycanın Milli Qəhrəmanı” adı verməyiniz biz idmançı qızların da hərbi sahəyə marağını və sevgisini artırmışdır. Mən də Azərbaycanın tamhüquqlu vətəndaşı kimi Vətən torpaqlarının azadlığı naminə apardığınız misilsiz işlərdə Sizə dəstək olmaq istəyirəm. Çox istərdim ki, qanunlarımız imkan verərsə mən də Silahlı Qüvvələrimizin sıralarında xidmət keçim. Torpaqlarımızın düşməndən azad olunmasına, müqəddəs bayrağımızın doğma Qarabağımızın aydın səmasında dalğalanmasına öz köməyimi göstərim. Mən Azərbaycan bayrağını təkcə Dünya kuboku yarışlarının finalında deyil, Şuşamızda, Xankəndimizdə ucaltmaq arzusundayam və inanıram ki, Sizin rəhbərliyiniz altında bu arzuma da çatacağam. Allah Sizi qorusun!
Dərin hörmətlə, Azərbaycan Respublikası, Zərdab rayonu. 10 sentyabr 2012, 17:00
İlham Əliyev Qəbələdə ATƏT-ə üzv ölkələrin səfirlərini qəbul etmişdir
more...
AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.