Gerb

07 sentyabr 2012, 10:50

Möhtərəm cənab Prezident!

Azərbaycan ordusunun Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş zabiti Ramil Səfərovun respublikamıza ekstradisiya edilməsi apardığınız ardıcıl və məqsədyönlü siyasətinizin, gərgin fəaliyyətinizin, dönməzliyinizin bariz nümunəsidir. Ramil Səfərovun Vətən torpağına ayaq basdığı an onun əfv olunması ilə bağlı imzaladığınız Sərəncam Sizin ölkənin hər bir vətəndaşının Prezidenti olduğunuzu bir daha sübut etdi. Siz vətəndaşlarınızın hüquq və azadlıqlarının qorunmasında, rifah halının daha da yaxşılaşdırılmasında və digər məsələlərin həllində çox böyük əmək sərf edirsiniz. Ramil Səfərovun azadlığa buraxılması hamı kimi rayonumuzun çoxsaylı təhsil işçilərinin də sevincinə səbəb olmuşdur. Bu addımınıza görə Sizə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildiririk.

Hörmətlə,

Hüseynov İlham,
Rayon təhsil şöbəsinin müdiri.

Azərbaycan Respublikası, Goranboy rayonu.