Gerb

06 sentyabr 2012, 11:17

Hörmətli cənab Prezident!

Mən bu məktubu Sizə daha bir nəcib işinizin doğurduğu sevinc hisslərinin təsiri altında yazıram. Sizin qətiyyətli, uzaqgörən siyasətçi olduğunuzu bilirdik. Ordumuzun qeyrətli zabiti Ramil Səfərovun Azərbaycana gətirilməsi və azadlığa buraxılması ilk növbədə Sizin qətiyyətinizin təntənəsidir. Siz çox müdrik bir iş görmüsünüz. Bu müdriklik hamımızda Sizə olan inamımızı, etimadımızı və ehtiramımızı birə on artırmışdır. Biz Ramil məsələsindəki qətiyyətinizi torpaqlarımızın tezliklə düşmən tapdağından azad olunacağının müjdəsi hesab edirik. Allah bu müjdəni tezliklə bizə nəsib etsin. Biz Prezidentimizin ətrafında sıx birləşmişik. Biz Prezidentimizə inanır və güvənirik.

Mərkəzi Aranda Regional İnkişaf İctimai Birliyinin kollektivi adından hörmətlə,

Əhmədov Əlicabbar Məmmədağa oğlu

Azərbaycan Respublikası, Saatlı rayonu.