|
07 sentyabr 2012, 15:06
İlham Əliyevdən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident!
Müqəddəs bayrağımızın şərəfini qorumuş Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun Vətəninə gətirilməsi və əfv edilməsi ilə bağlı imzaladığınız Sərəncam Qarabağ döyüşlərində iştirak etmiş biz veteranların hədsiz sevincinə səbəb olmuşdur. Biz hər zaman vətənpərvər zabitimizin Vətənə qaytarılacağına və azad olunacağına ümid etmişik. Nəhayət ki, dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Ramil Səfərovun azad olunması istiqamətindəki səyləriniz nəticəsində zabitimiz Azərbaycana döndü və Sizin tərəfinizdən əfv olundu. Sizin böyük humanistlik göstərərək atdığınız bu addım hamımızda qürur və fəxarət hissi doğurur, hər birimizin vətənpərvərlik ruhunu daha da yüksəldir. Azərbaycan vətəndaşına, zabitinə göstərdiyiniz diqqət və qayğıya görə Sizə öz dərin təşəkkür və minnətdarlığımızı bildirir, bunu Azərbaycan xalqı qarşısında misilsiz xidmət kimi qiymətləndiririk. AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
14 avqust 2013, 12:30
İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.