|
07 sentyabr 2012, 13:55
Əlipənah Bayramovdan, Lerik, Azərbaycan
Hörmətli Prezident! Dövlətimizin rəmzi, xalqımızın qüruru olan bayrağımızı təhqir etmiş mənfur erməni zabitini cəzalandırdığına görə ömürlük həbs edilmiş zabitimiz Ramil Səfərovun Macarıstandan ölkəmizə qaytarılmasına nail olmağınız və onun dərhal əfv edilməsi haqqında Sərəncamınız bizi ürəkdən şad etmişdir. Siz hər bir azərbaycanlının Prezidenti olduğunuzu bir daha sübut etdiniz. Biz bir daha gördük ki, hər bir vətəndaşın, əsgərin, zabitin, qayğısına qalırsınız. Cənab Prezident, mən bu gün doğrudan da fəxr edirəm ki, Qarabağ döyüşlərində torpaqlarımızın müdafiəsində iştirak etmişəm və xalqımızın qanına susayan, torpaqlarımıza göz dikən ermənilərin bir çoxunu məhv etmişəm. Bu gün Ramil kimi igid oğlumuzun azad edilməsinə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu tarixi addımınız gənclərimizin Ramil Səfərov kimi cəsur, vətənpərvər böyüməsində mühüm rol oynayacaqdır. Hörmətlə, Bayramov Əlipənah,
İkinci qrup Qarabağ müharibəsi əlili. AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
14 avqust 2013, 12:30
İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.