|
11 sentyabr 2012, 10:00
Hikmət Cavadovdan, Kiyev, Ukrayna
Çox hörmətli Prezident, “Məhkum olunmuş şəxslərin verilməsi haqqında” Avropa Konvensiyasının müddəalarına görə bu müqavilənin iştirakçısı olan istənilən dövlət öz Konstitusiyasına, yaxud digər hüquqi aktlarına uyğun olaraq verilmiş şəxsi əfv edə, onun barəsində amnistiya tətbiq edə və cəzasını azalda bilmə kimi müstəsna səlahiyyətlərinizdən istifadə edərək böyük humanistlik göstərib Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun öz doğma Vətəninə ekstradisiyasına nail olmağınız, elə həmin gün Sərəncamınızla onu əfv etməyiniz Ukraynada yaşayan azərbaycanlıları çox sevindirmişdir. Sizin bu qərarınız, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, dövlətimizin öz vətəndaşını qoruyacağı əzmini bir daha təsdiq edir, Azərbaycan hüdudlarından kənarda yaşayan soydaşlarımızın dövlətçiliyimiz uğrunda mübarizəsində daha böyük əminlik yaradır. Ukraynada yaşayan azərbaycanlılar dövlətçilik prinsiplərimizin və milli maraqlarımızın qələbəsi üçün düşmənlərimizə qarşı reallaşdıracağınız məsuliyyətli və şərəfli fəaliyyətinizdə hər zaman Sizin yanınızda olacaqlar! Sizə bu tarixi missiyanızda yeni-yeni uğurlar arzulayırıq! Dərin hörmət və ehtiramla, Hikmət Cavadov,
Ukrayna Azərbaycanlıları Konqresinin sədri. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.