Gerb

16 avqust 2010, 18:38

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza Azərbaycan xalqı adından və öz adımdan ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan-İndoneziya münasibətlərinin, dostluq və əməkdaşlıq əlaqələrimizin inkişafı daim xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İndoneziya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 19 iyul 2010-cu il