|
11 sentyabr 2012, 10:30
Mirzə Süleymanov və başqalarından, Salyan, Azərbaycan
Möhtərəm Prezident! Bu günlər respublikamızın hər yerində misli görünməmiş tikinti və abadlıq işləri həyata keçirilir. O cümlədən, son illər Salyan rayonunda da tikinti-quruculuq işləri geniş vüsət almışdır. Şəhərin bütün küçələri yenidən qurulur, asfaltlanır, yeni işıqlandırma sistemi qurulur. Möhtərəm Prezident, Sizin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın regionların inkişafına göstərdiyiniz diqqət və qayğı respublikamızın hər yerində olduğu kimi, Salyan rayonunun Şorsulu və Boranıkənd kəndləri əhalisində də ruh yüksəkliyi yaratmışdır. Biz Prezidentimizlə fəxr edirik. Çox hörmətli Prezident, Sizin regionların inkişafına göstərdiyiniz qayğının nəticəsi olaraq bu gün Boranıkənd kəndinə 6,5 km uzunluğunda yola asfalt döşənmiş və Boranıkənd, Şorsulu əhalisinin istifadəsinə verilmişdir. Möhtərəm Prezident! Biz Şorsulu və Boranıkənd əhalisi Sizə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya regionlara göstərdiyiniz diqqət və qayğıya görə minnətdarıq.
Cənab Prezident! Biz ölkəmizin mərd oğlu Ramil Səfərovu respublikamıza gətirtdiyinizə və onu əfv edərək yüksək səviyyədə qiymətləndirdiyinizə görə Sizə dərin minnətdarlığımızı bildiririk. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.