|
11 sentyabr 2012, 11:20
Bedri Üstünerdən, İstanbul, Türkiyə
Hörmətli İlham Əliyev Əvvəlcə hörmətlərimi çatdırıram. Allah Sizi daha da müvəffəqiyyətli etsin, inşallah. Sonra atanız möhtərəm Prezident Heydər Əliyevi hörmətlə yad edirəm və Tanrıdan rəhmət diləyirəm. Cənab Prezident, Mən Türkiyə Silahlı Qüvvələrindən təqaüdə çıxmış zabitəm. Bu günə qədər həmişə gözəl işlər gördüyünüzü təqdir edirəm və Sizinlə qürur duyuram. Amma ən son eşitdiyim və qəzetdən oxuduğum bu gözəl əməliniz haqqında xəbər məni daha çox sevindirdi. Mən də Sizin yerinizdə olsaydım belə edərdim. Sizə “Halal olsun!”, “Allah Sizdən razı olsun!” deyirəm. Bu iş ancaq belə görülür... Əfv etdiyiniz cəsur zabit Ramil Səfərovun bütün hərbi hissələrdə heykəli ucaldılmalı, hər kəsə, bütün Azərbaycan əsgərlərinə örnək, nümunə göstərilməlidir. Mən Sizdən yaşca böyük olduğum üçün gözlərinizdən öpürəm. Yoxsa əllərinizdən öpərdim. Millətçilik, vətənsevərlik, mərdlik budur... Yoxsa bu işlər sözlə olmaz. Türk milləti ilə düşmənçilik edən insanlarla daim mübarizə aparmaq lazımdır. Mənim babam da əsgər idi və həmişə bunlarla mübarizə aparmışdır... Bu səbəblə etdiklərinizin hamısını təqdir edir, ehtiramla gözlərinizdən öpürəm. Uca Allah uğurlarınızı daha da yüksək etsin... Hörmətlə,
Bedri Üstüner, təqaüddə olan polkovnik-leytenant. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.