Gerb

18 avqust 2010, 17:57

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı Azərbaycan xalqı adından və öz adımdan ürəkdən təbrik edirəm.

Xalqlarımız arasındakı dostluq və əməkdaşlıq əlaqələri bu gün öz ənənələrini davam etdirməkdədir. Əminəm ki, ölkənizdə sülhün qorunub saxlanmasına, sabitliyin təmin olunmasına yönəlmiş ümumi səylərin müsbət nəticələri əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsi üçün yeni imkanlar açacaqdır.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Əfqanıstan xalqına sülh, sabitlik və əmin-amanlıq diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 19 iyul 2010-cu il