Gerb

06 sentyabr 2012, 12:02

Azərbaycanın mərd oğlu Ramil Səfərovu Azərbaycana ekstradisiya etməyiniz və əfv etməyinizlə bağlı Sizə Lerik dindarları adından dərin təşəkkürümüzü bildiririk.

Sizin bu xeyirxah və humanist addımınız həm də Azərbaycanın şərəfini qoruyanlara qayğı və diqqət deməkdir. Haqq, ədalət həmişə zəfər çalır. Uca Allahın köməyi və dövlət başçısı kimi səyinizlə, inşallah, torpaqlarımız da azad olunacaq. Biz bunun üçün gecə-gündüz dualar edirik.

Hörmətlə,
Həsənov Azər.

Azərbaycan Respublikası, Lerik rayonu, Böyükəndil kəndi.