|
08 sentyabr 2012, 11:20
Rövşən Rüstəmov, Lerik, Azərbaycan
Hörmətli Prezident! Avqustun 31-də Azərbaycan Respublikası Silahlı Qüvvələrinin zabiti Ramil Sahib oğlu Səfərovun Macarıstandan Vətənə gətirilməsi və Sizin Sərəncamınızla əfv olunaraq azadlığa buraxılması Zati-alinizin rəhbərliyi sayəsində müstəqil Azərbaycanın bu gün dünyada artan nüfuzunun məntiqi nəticəsidir. Həmişə gənclərimizə xüsusi qayğı və diqqətinizin nəticəsidir ki, son illər gənclərimiz bütün sahələrdə böyük uğurlara imza atırlar. Cənab Prezident, Sizin bu cəsarətli addımınız hər bir gəncin yaddaşında silinməz iz salmaqla bizi bundan sonra daha da vətənpərvər olmağa şövq edəcəkdir. Həmişə öz Prezidentinə, dövlətinə inanan gənclərimiz bir daha gördü ki, Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan kimi hər bir əsgərin, zabitin arxasında durur. Bu həm də düşmən üzərində qələbəmizin ilk müjdəsidir. İnanırıq ki, yaxın vaxtlarda Sizin rəhbərliyinizlə bütün torpaqlarımız işğaldan azad ediləcək, xalqımız daha firavan yaşacaqdır.
Cənab Prezident, əmin ola bilərsiniz ki, daim torpaqlarımızın müdafiəsinə hazır olan lerikli gənclər həmişə Sizin ətrafınızda sıx birləşərək döyüşə hər an hazırdır.
Rüstəmov Rövşən, Gənclər və İdman İdarəsinin rəisi AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 15:20
İlham Əliyev Qəbələ rayonuna səfərə gəlmişdir
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.