|
08 sentyabr 2012, 14:10
Sənan Hüseynzadədən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident! Yazmaqda məqsədim bu günlərdə yaşadığım sevinc və fərəh hissimlə əlaqədar Sizə öz şəxsi vətəndaşlıq borcum olan təşəkkürümü bildirməkdir. İnsanlar adətən hər mənfi halda dövlətə öz şikayətlərini bildirməyə meyilli olurlar. Amma düşünürəm ki, ölkə başçısı olaraq verdiyiniz qərar, bizi heç gözləmədiyimiz halda bu dərəcədə sevindirən təşəbbüs üçün təşəkkür məktubları zəruridir. Bu, xalqla Prezident arasında həmrəyliyin mükəmməl nümunəsidir. Ramil Səfərovun azad olunması tamamən dövlətimizin təşəbbüsü ilə olmuşdur, bunda heç bir şübhəm yoxdur. Bu qərarınızla xalqımızın qeyrəti, millətimizin qüruru uğrunda azadlığından keçən zabitə sahib çıxan güclü dövlətimizin, o dövlətin məqbul şəkildə işləyərək dövlətçilik ənənəsini gündən-günə genişləndirən hökumətinin və nəhayət o hökumətin daim irəlini düşünən, uzaqgörən siyasət adamı, xalqının rəğbətini doğruldan Prezidentinin olduğunu təsdiqləmiş oldunuz. Qeyd etməliyəm ki, Millət olaraq sevinməyə ehtiyac duyduğumuz son zamanlarda beynəlxalq platformalarda qazandığımız uğurların verdiyi yüksək əhval-ruhiyyənin mislincə sevincini bu qərarınızla yaşadıq. Arzu edirəm, dövlətimizin gücünə, millətimizin iradəsinə, xalqımızın əzminə arxalanaraq tutduğunuz vəzifədə ən qısa zamanda Qarabağ Fatehi ünvanı alaraq bizləri bir daha hədsiz dərəcədə sevindirəsiniz.
Hüseynzadə Sənan Tofiq oğlu. AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 15:20
İlham Əliyev Qəbələ rayonuna səfərə gəlmişdir
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.