|
11 sentyabr 2012, 12:00
Sahilə Orucovadan, Qazax, Azərbaycan
Çox hörmətli Prezident, cənab İlham Heydər oğlu Əliyev! Siz, Azərbaycanın dövlət başçısı kimi qazandığınız məhəbbəti atdığınız müdrik addımla – xalqımızın mərd oğlu Ramil Səfərovu azad etməklə, daha da artırdınız. Biz bir daha əmin olduq ki, dövlətimiz, Prezidentimiz Azərbaycanın hər bir vətəndaşının taleyi ilə yaxından maraqlanır. Azərbaycanın mərd və qeyrətli oğlu Ramil Səfərov ölkəmizin təmsilçisi, onun bir zərrəsidir. Ramil elimizin elə bir oğludur ki, o, xalqımızın və bayrağımızın mənfur düşmən tərəfindən təhqir edilməsinə dözmədi, onu layiqli cəzasına çatdırdı. Təbii ki, qeyrətli Azərbaycan zabitinin qürbətdə məhbus həyatı yaşaması hər bir azərbaycanlını üzən bir hadisə idi. Ötən səkkiz il ərzində hamımız Ramilin azadlığa çıxmasını arzu edir və buna ümidimizi itirmirdik. Biz inanırdıq ki, Azərbaycanın qeyrətli oğlunu yalnız xalqımızın mərd oğlu İlham Əliyev azadlığa qovuşdura bilər. Biz heç zaman Ramilin Sizin köməyinizlə azadlığa qovuşacağına ümidimizi itirməmişdik. Sizin Vətənimizə, xalqımıza, xüsusilə də dövlət bayrağına olan sevginiz, bu sevginin digər daşıyıcısı Ramili darda qoya bilməzdi. Ramilin azad olunması həm də Sizin siyasi iradənizin bariz nümunəsidir. Bu onu göstərir ki, Azərbaycan istənilən vasitə ilə öz vətəndaşını, öz ərazisini qorumağa qadirdir. Azərbaycanın bu gün qüdrətli dövlətə çevrilməsi ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı İlham Əliyevin adı ilə bağlıdır. Azərbaycan durmadan inkişaf edir, regionda və bütün dünyada öz mövqelərini gücləndirir. Sizin rəhbərliyiniz altında aparılan məqsədyönlü, uzaqgörən daxili və xarici siyasət Azərbaycanı öz məqsədinə - Qarabağın azad ediləcəyi günə daha da yaxınlaşdırır. Sizin kimi Ali Baş Komandanı, Ramil Səfərov kimi zabiti olan dövlətin öz əzəm torpaqlarının mənfur düşməndən azad edəcəyi gün uzaqda deyildir. Dərin hörmətlə,
Orucova Sahilə, Çaylı kəndi. AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.