|
07 sentyabr 2012, 14:50
X.Balayevdən, Qazax, Azərbaycan
Möhtərəm Prezident! Azərbaycan Respublikasının Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdır və imtiyazlı təbəqənin hüquqlarını müdafiə edir. Birliyin Qazax rayon Şöbəsi də Qarabağ müharibəsi əlillərinin, veteranlarının və şəhid ailələrinin mənafelərini və hüquqlarını müdafiə edir, sosial, ictimai və mənəvi problemlərinin daha səmərəli həll olunmasına kömək göstərir, onları ətrafında sıx birləşdirərək özünü müxalifət adlandıran bəzi üzdəniraq qüvvələrin təsiri altına düşməsinin qarşısını alır.
Möhtərəm Prezident, biz, Qazax rayonunda yaşayan, Azərbaycanın ərazi bütövlüyü və dövlətçiliyimiz uğrunda mübarizədə sağlamlıqlarını itirmiş veteranlar Sizin Ramil Səfərovu Azərbaycana gətirtdirərək əfv etməyinizi böyük sevinclə qarşıladıq. Biz veteranlar həmişə Sizin uzaqgörən siyasətinizi bəyənir, dəstəkləyir və dəstəkləyəcəyik. Biz inanırıq ki, işğal altında olan torpaqlarımız tezliklə azad olunacaq və Azərbaycanımız daha da qüdrətlənəcəkdir. Sizə və ailənizə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon Şöbəsinin çoxsaylı üzvləri adından və şəxsən öz adımdan uzun ömür, cansağlığı arzulayıram. Sizə Azərbaycanın xoşbəxt gələcəyi naminə işlərinizdə uğurlar diləyirik.
Hörmətlə, AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
14 avqust 2013, 12:30
İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.