Gerb

05 sentyabr 2012, 12:40

Hörmətli cənab Prezident!

Bu gün bütün xalqımız möhtəşəm tarixi hadisənin, Azərbaycan ordusunun zabiti Ramil Səfərovun ölkəmizə gətirilməsi və dərhal da Sizin tərəfinizdən əfv olunmasının sevincini yaşayır.

Cənab Ali Baş Komandan!

Bu Sizin apardığınız uğurlu siyasətin parlaq nəticəsidir. Beyləqan rayon Şəfəq qəsəbə sakinləri adından Sizə dərin təşəkkürümüzü çatdırırıq və böyük ehtiramımızı bildiririk. Biz inanırıq və əminik ki, Sizin rəhbərliyinizlə bütün xalqımız ən böyük qələbənin, Qarabağın azad olunduğu günün möhtəşəm sevincini tezliklə qeyd edəcəkdir.

Hörmətlə,

Cəfərov E.İ.,

Beyləqan rayonu Şəfəq qəsəbə icra nümayəndəsi
Azərbaycan Respublikası, Beyləqan rayonu