|
06 sentyabr 2012, 12:17
Hüseyn Bayramovdan, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident! Sizin Ramil Səfərovun Azərbaycana ekstradisiya olunmasında göstərdiyiniz bütün səylər və onu dərhal əfv etməyiniz xalqımızın qəlbini iftixar hissi ilə doldurdu. Hamımız Sizinlə qürur duyur və Sizə sonsuz təşəkkürümüzü bildiririk. Siz hələ 2003-cü ildə Prezident seçildikdən az sonra BMT-nin Təhlükəsizlik Şurasının 58-ci sessiyasında ingilis dilində məntiqli, cəsarətli nitqinizlə siyasət aləminə yeni bir liderin gəldiyini bəyan etmişdiniz. Hörmətli cənab Prezident! Ramil Səfərovla əlaqədar gördüyünüz mühüm tədbirlərlə beynəlxalq aləmdə siyasi rəqiblərinizdən çox-çox üstün olduğunuzu bir daha sübut etdiniz. İnanıram ki, işğal olunmuş Azərbaycan əraziləri məhz Sizin uzaqgörən siyasətiniz nəticəsində tezliklə azad olunacaq, ölkəmiz daha da inkişaf edəcəkdir. İndi Azərbaycan Sizin rəhbərliyinizlə nəinki Cənubi Qafqazın, həm də dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilir. Cənab Prezident, çətin, lakin son dərəcə şərəfli fəaliyyətinizdə Sizə uğurlar arzulayıram, Tanrı Sizə yar olsun. Hörmətlə,
Bayramov Hüseyn, AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 15:40
İlham Əliyev Qəbələyə səfəri çərçivəsində Heydər Əliyev Konqres Mərkəzinin açılışında iştirak etmişdir
14 avqust 2013, 15:20
İlham Əliyev Qəbələ rayonuna səfərə gəlmişdir
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.