İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan Şəkidə Yuxarı Karvansaray mehmanxana kompleksi ilə tanış olmuşlar

12 sentyabr 2012, 19:00
İlham Əliyev və Baş nazir Rəcəb Tayyib Ərdoğan Şəkidə Yuxarı Karvansaray mehmanxana kompleksi ilə tanış olmuşlar

Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Baş nazir Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan Şəkidə XVIII əsrdə Şərq memarlığı üslubunda tikilmiş Yuxarı Karvansaray mehmanxana kompleksi ilə tanış olmuşlar.

Məlumat verildi ki, Şəki sənətkarlıq və ticarət şəhəri olduğundan XVIII-XIX əsrlərdə burada çoxlu sayda bazar və karvansaraylar tikilmişdi. Azərbaycana gələn tacir və səyyahların qaldıqları və əsasən ticarətlə məşğul olduqları bu karvansaraylar şəhər həyatında mühüm rol oynayırdı. Karvansaraylar həm də ticarət sazişlərinin bağlanılması üçün xüsusi yer hesab olunurdu. Əvvəllər Şəkidə beş karvansaray binası mövcud olmuşdur. Onlardan yalnız ikisi – Yuxarı və Aşağı karvansaraylar indiyədək qalmışdır.

Ümumi sahəsi altı min kvadratmetr, hündürlüyü 14 metr olan kompleks 300-dən artıq otaq və zirzəmidən ibarətdir. Yuxarı Karvansaray öz ölçüləri və həcminə görə Azərbaycan ərazisində mövcud olan ən böyük karvansaraylardan hesab edilir.

Bu karvansaraya bir qayda olaraq Türkiyə, Rusiya və İrandan tacirlər gəlmiş, burada uzun müddət ticarətlə məşğul olmuşlar. Hazırda bu tarixi abidə mehmanxana kimi fəaliyyət göstərir. Karvansarayın əsas fasadı çaya baxır. Əsas girişin zəngin naxışlarla işləməli arxitekturası insanı valeh edir.

Sonra Yuxarı Karvansaray mehmanxana kompleksinin həyətində xatirə şəkli çəkdirildi.

X X X

Yuxarı Karvansaray mehmanxana kompleksi ilə tanışlıqdan sonra Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, xanımı Əminə Ərdoğan birgə nahar etdilər.

X X X

Birgə nahardan sonra Azərbaycan Prezidenti, xanımı və Türkiyənin Baş naziri, xanımı Şəkinin Aşağı Karvansaray mehmanxana kompleksinə gəldilər.

Məlumat verildi ki, Aşağı Karvansaray da Yaxın Şərqdə bu qəbildən ən böyük tikililərdən biridir. Hazırda kompleksdə əsaslı təmir və bərpa işləri görülür. Bu, dövlətimizin tarixi keçmişimizin qorunmasına olan həssas münasibətindən qaynaqlanır. Şəkinin özünəməxsus memarlıq üslubunu əks etdirən və 8 min kvadratmetr ərazini əhatə edən bu tarixi binada 200-dən çox otaq vardır. Burada tacirlərin mallarını saxlaması, alver etmələri, rahat yaşamaları üçün hər cür şərait olmuşdur. Aşağı Karvansaray özündə Şərq memarlıq üslubunu qoruyub saxlaya bilmişdir.

Diqqətə çatdırıldı ki, Aşağı Karvansaray funksional xüsusiyyətlərinə görə başqalarından seçilir. Böyüklüyü, rahatlığı, səfalı bir məkanda yerləşməsinə görə Cənubi Qafqazda tayı-bərabəri yoxdur. Tikintidə Şəki memarlığının əsasını təşkil edən bişmiş kərpicdən, çay daşından, kirəmitdən, və digər yerli materiallardan məharətlə istifadə olunması binaya xüsusi gözəllik verir. Burada tağbəndlərdən istifadə edilməsi bu gözəlliyi daha da artırır. Yolüstü karvansaraylardan fərqli olaraq burada istirahət otaqları ilə yanaşı, müxtəlif görüşlərin keçirilməsi, müqavilələrin bağlanması və sair üçün xüsusi otaqlar da inşa edilmişdir.

Bildirildi ki, Aşağı Karvansarayın dörd tərəfdən giriş qapısı vardır. Bu qapılar bağlandıqda karvansaray alınmaz qalaya çevrilir ki, bu da Şəki sənətkarlarının yüksək dünyagörüşünə və memarlıq bacarığına malik olduqlarını göstərir.
Karvansaray kompleksi ilə tanışlıqdan sonra xatirə şəkli çəkdirildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 03 iyul 2026
12:19
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:       ...

03 iyul 2026, 12:19
SƏNƏDLƏR Fərmanlar 03 iyul 2026
12:18
“Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 291 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının...

03 iyul 2026, 12:18
SƏNƏDLƏR Qanunlar 03 iyul 2026
12:17
Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, “Torpaq icarəsi haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” və “Tənzimlənən qiymətlər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10–13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (Azərbaycan...

03 iyul 2026, 12:17
SƏNƏDLƏR Fərmanlar 02 iyul 2026
16:13
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006,...

02 iyul 2026, 16:13