|
12 sentyabr 2012, 12:00
Samir Muradovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident! Bu günlərdə hər bir azərbaycanlı kimi mənim də sevincimin həddi-hüdudu yoxdur. Ramil Səfərovun Azərbaycana gətirilməsi və onun azadlığa buraxılması məhz Sizin düşünülmüş məqsədyönlü siyasətinizin nəticəsidir. Əsası ulu öndər tərəfindən qoyulmuş siyasi kursu şərəflə davam etdirməyiniz Azərbaycanımızı gündən-günə daha böyük uğurlara aparır. Həm iqtisadiyyatda, həm siyasətdə, həm də əhalinin sosial rifah halının yaxşılaşdırılması sahəsində gördüyünüz işlər, verdiyiniz sərəncamlar bunların bariz nümunəsidir. Təsadüfi deyil ki, bütün bunlar Azərbaycanı sevməyən, onun çiçəklənərək qüdrətli dövlətə çevrilməsini istəməyən qüvvələri qıcıqlandırır. Son günlər beynəlxalq aləmdə bəzi qüvvələr tərəfindən səslənən fikirlər, erməni terrorçularının hədələri əslində, Azərbaycanın qarşısına sədd çəkmək istəyindən başqa bir şey deyildir.
Amma, nə bu hədələr, nə də bu təzyiqlər bizi yolumuzdan döndərə bilməz. Biz Füzuli rayonunun gəncləri bütün bunları diqqətlə izləyir və Sizin siyasi kursunuzu dönmədən dəstəkləyirik. Qoy bütün dünya bilsin ki, Azərbaycan xalqı öz cəsur oğullarına, qüdrətli dövlətinə və qəhrəman Prezidentinə arxalanır. “Bu gün Ramil Səfərov, sabah isə Qarabağ” - hər birimiz buna inanırıq və bu inamı növbəti prezident seçkilərində öz səsimizlə bir daha təsdiqləyəcəyik.
Hörmətlə, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.