|
12 sentyabr 2012, 12:25
Sücaət Hüseynovadan, Laçın, Azərbaycan
Hörmətli əziz Prezidentimiz İlham Əliyev! Mən Sizə dərin minnətdarlığımı, səmimi salamlarımı, təşəkkürümü bildirirəm. Sizin yeriniz, məskəniniz qartal kimi həmişə uca zirvələr olsun! Tanrının Sizə bəxş etdiyi bu zirvədən heç vaxt enməyəsiniz! Məhəmməd Peyğəmbərimizə ilk dəfə Allah peyğəmbərlik verəndə, o, xalq tərəfindən, onu istəməyənlər tərəfindən çox çətinliklərlə üzləşmiş və təzyiqlərə məruz qalmışdı. Amma Məhəmməd Peyğəmbər zaman-zaman bu çətinliklərə səbirlə dözmüş və düşmənlərinə qalib gəlmişdi. Ona görə ki, o qalibiyyəti ona verən Allah özü idi. O, Peyğəmbər adına layiq oldu və sübut etdi ki, bu, Allahın hökmüdür. Sizə də o gücü, qüvvəti, hökmü verən Allahdır. Tanrının əmrinə bəndələrin gücü çatmaz. Ulu Tanrı həmişə Sizə yar olsun, arzu və istəklərinizə nail olasınız. Cənab Prezident, mən 2011-ci ilin dekabr ayında Ramil Səfərovun cəzasının bir az yüngülləşdirilməsi və Azərbaycana gətirilməsi barədə ərizə ilə Sizə müraciət etmişdim. Düzünü deyim ki, mən o ərizəni Sizin ünvanınıza göndərəndən sonra ürəyimdə bir az qorxu hissi keçirdim. Fikirləşdim ki, birdən mənə sual verərlər ki, axı, sən kimsən ki, belə məsələlərə qarışırsan. Sağ olun, Sizin mənim ərizəmlə tanışlığınızdan sonra cavab məktubu aldım. Mən o cavabdan çox sevindim və məmnun oldum. Sevindim ki, bizim ölkəmizdə adi adamların da, ali adamların da sözü eşidilir. Çünki mən özüm də adi vətəndaşam. Bu, Sizin uzaqgörənliyinizdən, düşünülmüş tədbirlərinizdən, geniş dünya görüşünüzdən irəli gəlir. Siz, özünüzə xas olan bütün müsbət xüsusiyyətlərinizlə xalqın hörmətini, məhəbbətini qazanmısınız. Mənim bu sözlərimi üzə deyilən tərif kimi yox, həqiqət kimi qəbul edin. Bunu xalqın Sizin ünvanınıza söylədiyi “sağ ol” sözlərindən də görmək olar. Cənab Prezident! Siz xalqın etimadını elə doğrultmusunuz ki, məhəbbətini elə qazanmısınız ki, Sizə qarşı durmaq istəyənlər, bəlkə də öz hərəkətlərindən utanıb peşmançılıq hissi keçirirlər. Belə bir gözəl kəlam var: Yamanlıq edənə onu utandırmaq üçün yaxşılıq et. Hörmətli cənab Prezident, Ramil Səfərovun Sizin Sərəncamınızla azadlığa çıxması bütün Azərbaycan xalqını sevindirdi. Mən də bu sevincə qoşulub Sizə minnətdarlığımı bildirirəm. Sizə “Çox sağ olun!” deyirəm.
Sizə dərin hörmət və ehtiram bəsləyən, uğurlarınıza sevinən, Allahın və Sizin köməyinizlə Qarabağımızın azad edilməsi qələbəsini səbirsizliklə gözləyən AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.