Gerb

23 avqust 2010, 17:39

Hörmətli Viktor Fyodoroviç,

Milli bayram – Müstəqillik Günü münasibətilə Sizi və dost Ukrayna xalqını Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Sevindirici haldır ki, Azərbaycan ilə Ukrayna arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri bu gün hərtərəfli və dinamik inkişaf edir. Əminəm ki, həm ikitərəfli, həm də regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığımızın genişlənməsi və dərinləşməsi bundan sonra da ölkələrimizin və xalqlarımızın mənafeyinə, regionda sülh, sabitlik və tərəqqi işinə xidmət edəcəkdir.

Hörmətli Viktor Fyodoroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Ukrayna xalqına firavanlıq və tərəqqi diləyirəm.

Hörmətlə,

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı, 19 iyul 2010-cu il.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR