İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

13 sentyabr 2012, 16:30
İlham Əliyev Türkiyənin Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

Prezident İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıçı diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.

Səfir Hulusi KILIÇ dedi: Həyatımın bundan sonrakı hissəsində də Azərbaycanın bir nümayəndəsi, vətəndaşı kimi işləməyə davam edəcəyəm. Bunu bilməyinizi istəyirəm. Mən buraya, bu Vətənə xidmət üçün gəlmişdim. Bu müddətdə də çox dəstək, kömək gördüm. Dünənki səfər də tarixi bir səfər idi, hörmətli Prezidentim!

Prezident İlham ƏLİYEV: Doğrudan da belədir.

Hulusi KILIÇ: Biz Sizə, Mehriban xanıma minnətdarıq.

Prezident İlham ƏLİYEV: Sağ olun. Mən də çox şadam ki, səfər çox gözəl keçdi. Hörmətli Baş nazir Azərbaycanın başqa yerləri ilə də tanış oldu. Bu səfərin təşkilində sizin də böyük səyləriniz olubdur. Ümumiyyətlə, Azərbaycanda çalışdığınız dövrdə iki ölkəni bir-birinə daha da yaxın etmək üçün böyük səylər göstərmisiniz. Biz bunu yüksək qiymətləndiririk.

Doğrudan da siz Azərbaycan xalqının dostusunuz. Bura sizin öz vətəninizdir. Əminəm ki, başqa işdə də daim bizimlə əlaqədə olacaqsınız.

Dövlətimizin başçısı Azərbaycan Respublikasının Türkiyə Respublikası ilə dövlətlərarası əlaqələrinin inkişafı və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Hulusi Kılıçın Azərbaycan Respublikasının yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu dedi və ordeni ona təqdim etdi.

Hulusi KILIÇ: Hörmətli Prezident, bu, mənim üçün həyatımda aldığım ən şərəfli mükafatdır. Buna layiq ola bilmək də həqiqətən həyatımın mükafatıdır. Bundan əlavə, Zati-aliləriniz tərəfindən bunun dəyərləndirilməsi həqiqətən həyatımın 4 il yarımının bir xülasəsidir, qiymətləndirilməsidir. Mən bunun üçün şükranlığımı, təşəkkürlərimi bildirmək istəyirəm, hörmətli Prezidentim!

Prezident İlham ƏLİYEV: Sağ olun. Sizin burada fəaliyyətiniz doğrudan da çoxşaxəli olubdur. Cəmiyyətdə də böyük nüfuz qazana bilmisiniz. Mən bilirəm ki, siz Azərbaycanı nə qədər ürəkdən sevirsiniz. Buna görə sizə gələcək fəaliyyətinizdə də uğurlar arzulayıram. Əminəm ki, gələcək illərdə ölkələrimiz bir-biri ilə daha da sürətlə əməkdaşlıq edəcəklər. Dünən və srağagün hörmətli cənab Baş nazirlə keçirdiyimiz görüşlər bir daha münasibətlərimizin nə qədər dərin olmasına dəlalət edir.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10