|
14 sentyabr 2012, 15:10
İlham Əliyev Bakının Nizami rayonunun Keşlə qəsəbəsində uşaq bağçası binasının təməlqoyma mərasimində iştirak etmişdir
Bakının Nizami rayonunun Keşlə qəsəbəsində 100 yerlik uşaq bağçası binasının təməli qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak etmişdir. Dövlətimizin başçısı uşaq bağçasının istifadəyə verildikdən sonrakı görüntülərini əks etdirən stendə baxdı. Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vəsaiti hesabına tikiləcək bağçanın binasının sahəsi 1200 kvadratmetr olacaqdır. İki mərtəbədən ibarət binada akt zalı, yeməkxana, inzibati otaqlar, həkim otağı yaradılacaqdır. Burada uşaqların rahatlığı üçün hər cür şərait olacaqdır. Prezident İlham Əliyev uşaq bağçası binasının təməlini qoydu. Dövlətimizin başçısı tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verdi. ![]() 14 sentyabr 2012, 15:00
İlham Əliyev Bakının Keşlə qəsəbəsində yeni məktəb binasının açılışında iştirak etmişdir
more...
AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
14 avqust 2013, 12:30
İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.