|
12 sentyabr 2012, 12:50
Rafiq Cəfərovdan, Gəncə, Azərbaycan
Hörmətli Prezident! Mən Litva vətəndaşıyam. Hazırda Gəncə şəhərində yaşayıram, pensiyaçıyam, 40 il dəniz və okean gəmilərində işləmişəm. Hazırda 69 yaşım var. Vətənə sədaqətinizi və sevginizi bir daha bütün dünyaya sübut etdiyiniz, Ramil Səfərovu əfv etdiyiniz üçün şəxsən öz adımdan və xalqımız adından Sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Bütün dünyada azərbaycanlılar böyük sevinc hissi keçirir və bu addıma görə Sizə minnətdardırlar. Siz Azərbaycanın düşmənlərinə öz gücünüzü və nüfuzunuzu yenə də sübut etdiniz. Əminəm ki, xalq Sizin bütün xidmətlərinizi yüksək qiymətləndirir. Bu, gurultulu sözlər deyildir. Mən bütün bunları aydın görürəm. Sizin indi gördüyünüz işlər ümummilli liderimiz Heydər Əliyev xəttinin davamıdır. Mən bütün dünyanı onun portretini gəzdirərək dolaşmışam və bununla fəxr edirəm. O, mənim əzabkeş xalqıma azadlıq və dünyada başıuca yaşamaq haqqı bəxş etmişdir. Bu sözlər ürəkdən gələn sözlərdir. Azərbaycan günbəgün inkişaf edir və bütün bunlar Sizin səyləriniz sayəsində baş verir. Vətənin inkişafı üçün Mehriban xanım Əliyeva da böyük işlər görür. Mən bütün bunları bir vətəndaş kimi görür və qürur duyuram. Cənab Prezident! Xalqımız üçün gördüyünüz işlərə görə sağ olun. Allah Sizi hifz etsin! Biz gecə-gündüz Sizin üçün dua edəcəyik. Ulu öndər Heydər Əliyevin yeri behişt olsun! Sizə və Sizin ailənizə firavanlıq, müvəffəqiyyət, çətin işinizdə uğurlar, Heydər İlham oğluna möhkəm cansağlığı arzulayıram!
Hörmətlə, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.