|
14 sentyabr 2012, 17:00
Azərbaycanın yəhudi icmasına
Hörmətli həmvətənlər! Sizi yəhudi xalqının yeni il bayramı – Roş-Ha-Şana münasibətilə ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm. Çoxmillətli və çoxkonfessiyalı Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi olan yəhudi vətəndaşlarımız yüz illərdir ki, ölkəmizdə əmin-amanlıq, dostluq və qardaşlıq münasibətləri şəraitində yaşayır, öz dil və mədəniyyətini, adət-ənənələrini qoruyub saxlamaqla Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hazırda ölkəmizdə gedən böyük tərəqqi və inkişaf prosesində, azad vətəndaş cəmiyyəti quruculuğunda, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında yəhudi icmasının özünəməxsus rolu vardır. Əziz dostlar! Hər il təntənə ilə bayram etdiyiniz Roş-Ha-Şana özündə yeniliyi, mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirir. Bu əziz gün münasibətilə bir daha hər birinizə bayram təbriklərimi çatdırır, ailələrinizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət arzulayıram.
Bayramınız mübarək olsun! AXTAR:
XƏBƏRLƏR:
12 iyun 2013, 13:15
İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul etmişdir
12 iyun 2013, 13:10
İlham Əliyev Türkiyənin baş prokurorunu qəbul etmişdir
11 iyun 2013, 17:30
İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının baş katibini qəbul etmişdir
11 iyun 2013, 17:27
İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul etmişdir
11 iyun 2013, 17:25
İlham Əliyev Malayziyanın xarici işlər nazirini qəbul etmişdir
11 iyun 2013, 17:20
İlham Əliyev Misirin xarici işlər nazirini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.