Gerb

20 may 2010, 16:10
148

Prezident İlham Əliyev paytaxtın müxtəlif yerlərində yenidən qurulmuş və yeni inşa olunmuş piyada keçidlərinin açılışında iştirak etmişdir.


Dövlətbaşçısı əvvəlcə Füzuli meydanında əsaslı yenidənqurmadan sonra istifadəyə verilmiş yeraltı piyada keçidi ilə tanış olmuşdur.

Nəqliyyat naziri Ziya Məmmədov dövlət başçısına Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi tədbirləri çərçivəsində əsaslı şəkildə yenidən qurulmuş piyada keçidində görülmüş işlər barədə məlumat verdi. Bildirildi ki, paytaxtda nəqliyyatın hərəkətinin sıx olduğu ərazidə yerləşən bu keçid yararsız vəziyyətdə idi və piyadalar buradan çox az istifadə edirdilər. Bu isə nəqliyyatın və piyadaların təhlükəsiz hərəkəti üçün qorxu törədirdi.

Prezident İlham Əliyev keçidin əvvəlki vəziyyətini əks etdirən fotoşəkillərə baxdı.

Dövlət başçısına ətrafda aparılan abadlıq-quruculuq işləri barədə də məlumat verildi.

X X X

Prezident İlham Əliyev Hüseyn Cavid prospektində, Azərbaycan Texniki Universitetinin binası qarşısında yeraltı piyada keçidində aparılmış yenidənqurma işləri ilə də tanış olmuşdur.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına məlumat verərək bildirdi ki, Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi tədbirləri çərçivəsində bu yeraltı keçiddə təmir və yenidənqurma işlərinə ötən ilin sonlarında başlanmışdı.

Dövlət başçısı yeraltı keçidi gəzdi və burada görülmüş işlərdən razılığını bildirdi.

X X X

Prezident İlham Əliyev həmin gün Binəqədi rayonunda, Azadlıq prospektində inşa edilmiş yerüstü piyada keçidinin açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev nəqliyyatın hərəkətinin sıx olduğu ərazidə inşa edilmiş keçidin açılışını bildirən lenti kəsdi və keçid ilə yaxından tanış oldu.

Nəqliyyat naziri Ziya Məmmədov məlumat verdi ki, nazirliyin sifarişi əsasında tikinti işlərinə 2009-cu ilin iyulunda başlanmışdır. Tikintidə yüksək keyfiyyətli inşaat materiallarından və avadanlıqdan istifadə edilmişdir. Ümumi uzunluğu 63 metr, yolun hərəkət hissəsibndən hündürlüyü isə 5 metrdən çox olan keçid yükdaşıyan 16 kolonun üzərində dayanır.

Keçidin texniki göstəriciləri ilə tanış olan Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi.

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
604 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR