Gerb

25 avqust 2010, 16:40

Çox hörmətli cənab Prezident!

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin hər iki dövründə respublikamız sürətlə inkişaf etmiş, xalqımızın rifahı yaxşılaşmışdır. Bu gün tam qətiyyətlə demək olar ki, Azərbaycanın müstəqilliyinin əsasları hələ ulu öndərimizin respublikamıza rəhbərliyinin birinci dövründə qoyulmuşdur.

Bizlərin “Heydər baba” deyib sevdiyimiz dahi şəxsiyyət Azərbaycan gənclərinin öz təhsillərini heç bir maddi və mənəvi sıxıntı olmadan xarici ölkələrin ən qabaqcıl universitetlərində davam etdirmələri üçün mühüm tədbirlər həyata keçirirdi.

Cənab Prezident!

Sizin ulu öndərimizin layiqli davamçısı kimi müstəqilliyimizin möhkəmləndirilməsi, xalqımızın sosial rifahının yüksəldilməsi, vətəndaşların hüquq və azadlıqlarının təmin olunması istiqamətində uğurla apardığınız siyasəti biz gənclər ürəkdən bəyənir və dəstəkləyirik.

Hazırda gündən-günə abadlaşan, müasir və demokratik bir ölkədə əmin-amanlıq içərisində yaşadığımız üçün Sizə minnətdarıq.

Biz gənclər inanırıq ki, düşmən tapdağı altında olan torpaqlarımız Sizin apardığınız məqsədyönlü siyasət və bu münaqişənin həlli ilə bağlı tutduğunuz mövqe sayəsində tezliklə işğaldan azad ediləcəkdir.

Tanrı Sizi qorusun!

Hörmətlə,

Ülkər Şahin qızı Eyvazova
Azərbaycan Respublikası, Bakı şəhəri,

Sabunçu rayonu, 1-ci Zabrat qəsəbəsi,
Şirvani küçəsi 9, ev 3.