|
15 sentyabr 2012, 18:45
Meksika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Felipe Kalderon İnoxosaya
Hörmətli cənab Prezident, Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Azərbaycan-Meksika münasibətləri son illərdə dinamik şəkildə inkişaf etməkdədir. Daim genişlənən dostluq əlaqələrimiz dövlətlərarası münasibətlərimizin möhkəmlənməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın genişlənməsi üçün əlverişli zəmin yaradır. Əminəm ki, ölkələrimiz arasındakı münasibətlərin inkişafı yolunda atdığımız qarşılıqlı addımlar bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcəkdir. Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Meksika xalqına sülh və firavanlıq diləyirəm. Hörmətlə,
İlham Əliyev Bakı, 8 sentyabr 2012-ci il. AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
14 avqust 2013, 12:30
İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.