|
15 sentyabr 2012, 09:00
“Qarabağ Qaziləri” Birliyinin üzvlərindən, Ağdam, Azərbaycan
Çox hörmətli cənab Prezident! Uzun illərdir Macarıstanın paytaxtı Budapeşt şəhərində həbsdə olan zabitimiz, Azərbaycanın vətənpərvər oğlu Ramil Səfərovun Sizin şəxsi iradəniz və qətiyyətiniz sayəsində ölkəmizə ekstradisiyası və Sizin tərəfinizdən əfv olunaraq azadlığa buraxılması biz keçmiş döyüşçülər olan Qarabağ qazilərini çox sevindirdi. Biz hər zaman Sizin Ramil Səfərovun ölkəmizə qaytarılması ilə bağlı həyata keçirdiyiniz siyasətin nəticəsinin uğurlu olacağına inanırdıq, çünki Siz hər bir azərbaycanlının Prezidenti, hər bir zabitin və əsgərin Ali Baş Komandanı olduğunuzu öz əməlinizlə, gördüyünüz işlərinizlə sübut etmisiniz. Cənab Prezident! Biz inanırıq ki, Sizin komandanlığınızla Ramil Səfərov kimi mərd oğullarımız Qarabağımızın düşmənlərdən azad olunmasında öz sözlərini gerçək əməlləri ilə göstərəcəklər. Qarabağ qaziləri olaraq bizlər də bu yolda hər an öz gücümüzü göstərməyə hazırıq. Uca Tanrı hər zaman köməyiniz olsun! Dərin hörmətlə,
“Qarabağ Qaziləri” Birliyinin Ağdam rayon filialının üzvləri. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.