|
15 sentyabr 2012, 09:30
Anar Adıgözəlovdan, Bakı, Azərbaycan
Əzizimiz və Ali Baş Komandanımız cənab Prezident! Mən Mingəçevir şəhərində doğulub boya-başa çatmışam. Ali təhsilli mütəxəssisəm . Sizin əməyiniz sayəsində Azərbaycanımızı daha da nüfuzlu görürük. Mən daim xalqın içindəyəm, sadə adamlarla sıx ünsiyyətdə oluram. İnanın ki, cənab Prezident bütün xalqımız Sizi çox sevir və Sizin xalq üçün, Vətənimiz Azərbaycan üçün etdiklərinizi çox bəyənir, Sizinlə fəxr edir. Nəinki siyasətçilərimiz, ziyalılarımız, müəllim və tələbələrimiz, hətta ən ucqar kənddə yaşayan insanlar da öz gələcəklərini yalnız Sizə etibar edirlər. Azərbaycanda Sizin yerinizdə duracaq ikinci şəxs yoxdur. Mən bu məktubu bütün məhəllə camaatı, məni tanıyan minlərlə insan adından yazıram. Ramil Səfərovun Azərbaycana gətirilməsi və onun azadlığa buraxılması Sizin yüksək hörmətinizi daha da artırdı və Sizin həqiqətən humanist və qətiyyətli dövlət başçısı olduğunuzu bir daha sübut etdi. Allah Sizi qorusun. Hər zaman Allah Sizinlə olsun, Siz də bizimlə olasınız! Dərin hörmətlə,
Adıgözəlov Anar Firayil oğlu. AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.