|
15 sentyabr 2012, 10:00
Sərdar Nəzərovdan, Kislovodsk, Rusiya
Hörmətli cənab Prezident! Mən - Nəzərov Sərdar Şahməmməd oğlu Saatlı rayonundanam. Uzun illərdir ki, Rusiyanın Kislovodsk şəhərində böyük bir tikinti şirkətində inşaat mühəndisi vəzifəsində çalışıram. Ramil Səfərovun azad edilməsinə nail olduğunuza ğörə Sizə həm öz adımdan, həm də burada yaşayan və işləyən azərbaycanlılar və türk qardaşlarımız adından dərin minnətdarlığımızı bildiririk. Sizin kimi cəsarətli, sözü Avropada da çox kəsərli olan bir Prezidentimizin olmasından böyük fərəh hissi keçiririk. Harada yaşamağımızdan və işləməyimizdən asılı olmayaraq hər an ürəyimiz Azərbaycanla döyünür. Belə böyük bir sevinci xalqımıza yaşatdığınıza və düşmənlərimizə mənəvi zərbə vurduğunuza görə Allah Sizdən razı olsun. Həmişə Sizinləyik! Böyük hörmət və ehtiramla, Nəzərov Sərdar Şahməmməd oğlu. Rusiya Federasiyası, Stavropol vilayəti, Kislovodsk şəhəri. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.