|
17 sentyabr 2012, 11:00
İlham Əliyev İndoneziyanın iqtisadi məsələlər üzrə naziri Hatta Racasanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
Prezident İlham Əliyev İndoneziya Respublikasının iqtisadi məsələlər üzrə naziri Hatta Racasanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Dövlət başçısı Azərbaycan ilə İndoneziya arasında siyasi sahədə əlaqələrin dinamik şəkildə inkişaf etdiyini vurğuladı. Prezident İlham Əliyev ölkələrimiz arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün də yaxşı imkanların olduğunu qeyd etdi. Dövlət başçısı İndoneziyanın iqtisadi məsələlər üzrə naziri Hatta Racasanın Azərbaycana səfərinin uğurlu olacağına və bu səfərin əməkdaşlığımızın yeni sahələrinin müəyyənləşdirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə etdi. Nazir Hatta Racasa İndoneziya Respublikasının Prezidenti Susilo Bambanq Yudhoyononun salamlarını dövlətimizin başçısına çatdırdı. O, ölkəmizə səfərindən və Azərbaycanda gedən böyük iqtisadi inkişaf proseslərindən məmnunluğunu ifadə etdi. Azərbaycanın mühüm beynəlxalq layihələrdə iştirakının önəmini qeyd edən Hatta Racasa ikitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün yaxşı perspektivlərini olduğunu vurğuladı. Nazir ölkəsinin Azərbaycan ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu dedi. Prezident İlham Əliyev Prezident Susilo Bambanq Yudhoyononun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İndoneziyanın dövlət başçısına çatdırmağı xahiş etdi. 07 sentyabr 2012, 15:25
İlham Əliyevin və NATO-nun baş katibi Anders Foq Rasmussenin mətbuata birgə bəyanatı
more...
AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 603 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.