|
18 sentyabr 2012, 14:00
Y.B.Vəliyevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident! Sizin 4 may 2011-ci il tarixli 1490 nömrəli Sərəncamınızla təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Bakı şəhəri G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin binası yenidən qurulmuş və 15 sentyabr 2012-ci il tarixində istifadəyə verilmişdir. Məktəbin binası müasir standartlara uyğun təmir edilmiş və yeni avadanlıqla təchiz olunmuşdur. Bildirmək istərdik ki, məktəbimiz Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində olan uşaq musiqi və incəsənət məktəbləri arasında ən qocaman tədris müəssisələrindən biridir. Məktəbdə demək olar ki, bütün ixtisaslar tədris olunur. Şagirdlərimiz bir çox beynəlxalq festivallarda və müsabiqələrdə uğurla çıxış edərək laureat adını qazanmışlar. Həmçinin, Prezident təqaüdü alan şagirdlərimiz də vardır. Hörmətli cənab Prezident!
Sizin, ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin inkişafı üçün həyata keçirdiyi uğurlu layihələr mədəniyyətimizi dünyada tanıtmışdır. Siz mədəniyyət və incəsənət xadimlərinə, təhsil və səhiyyənin inkişafına, gənc musiqiçilərin yetişməsinə böyük diqqət və qayğı göstərirsiniz. Bunun nəticəsidir ki, Azərbaycan Dövlət Filarmoniyası nəzdində uşaq simfonik və xalq çalğı alətləri orkestrləri fəaliyyət göstərir. Bizə göstərdiyiniz bu qayğıya görə müəllim və şagirdlərimiz adından və şəxsən öz adımdan Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Biz həmişə Sizi dəstəkləyirik və Sizinləyik.
Y.B.Vəliyev, əməkdar müəllim, 17 sentyabr 2012, 22:40
İlham Əliyev Parisdə “Total” şirkətinin baş icraçı katibi Kristof de Marjeri ilə görüşmüşdür
more...
AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.