|
17 sentyabr 2012, 10:00
Etibar Zahidoğlundan, Bakı, Azərbaycan
Möhtərəm İlham Heydəroğlu! İstəyirəm Ramil Səfərovla bağlı ürəyimin diktəsindən gələn rahatlıq dolu düşüncələrimi Sizə çatdırım. Milyonları, o cümlədən məni, sadə Vətən daşını kövrəldən, duyğulandıran və daha da vətənpərvər edən bu iki hadisəni, yəni düşmənin təhqiramiz hərəkətinə Ramilin reaksiyasını və onun Vətənə gətirilməsi üçün gördüyünüz işləri qiymətləndirməyə layiqli söz tapa bilmirəm. Məmnunluğumu da biruzə verməsəm, sonra özümü bağışlaya bilmərəm. Bir Vətən oğlu düşmənlərə layiq olduqları sərt cavabı verdi, hamımızın adı, şərəfi və namusu sayılan bayrağımıza sataşanın payını verdi! Çox haqlı və misilsiz bir cavab! Onun haqqı tərəfinizdən ədalətlə özünə qaytarıldı. Ramilin Vətənə qaytarılması ilə bağlı aparılan işlər, Ramilin qəhrəmanlığından heç də az əhəmiyyətli iş deyil! Deməli, xalqın görmədiyi, bilmədiyi cəbhədə döyüş aparırmışsınız. Ramilə də, onu Vətənə qovuşduranlara da halal olsun! Ailə və həyat məktəbinin dərsləri, xalqın haqqı halalınız olsun! Hazırda millətin hər bir fərdinin ürəyində hər iki mərdimizə ünvanlanmış çağlayıb daşan məhəbbəti iqrar etməmək qəbahətdir, günah və bağışlanılmazdır. Düzü yazmayıb əyriyə yozanlar da bilsin: görülən bu işlər tam inanmağa əsas verir ki, rəhbərliyinizlə aparılan Qarabağ siyasəti də gec-tez bax beləcə öz müsbət nəticəsini verəcək. Sizin bu hərəkətiniz düşmənlərə ölçüyəgəlməz, bənzərsiz, sərt bir cavab oldu, xalqımızın milli-mənəvi oyanışında mühüm hadisəyə çevrildi! Azərbaycan tarixinə hər biriniz şanlı, unudulmaz bir tarix yazdınız! Bu hadisə bir neçə diviziyanın qazana bilməyəcəyi müzəffər qələbədir! Ey böyük türk ərənləri, həmişə bax beləcə bir-birimizin kürəyinə kürək verək, arxa duraq, onda həm yenilməz, həm basılmaz olarıq.
Tanrımız Sizə və Sizin kimilərə yar olsun duası ilə, AXTAR:
keçiriləcək İlk Avropa Oyunlarına xoş gəlmisiniz 604 İLK AVROPA OYUNLARINA QALAN GÜNLƏR
XƏBƏRLƏR:
14 oktyabr 2013, 18:10
İlham Əliyev Bakının Neftçilər prospektində, Hökumət evinin qarşısındakı ərazidə ikimərtəbəli yeraltı avtomobil dayanacağında yaradılan şəraitlə tanış olmuşdur
14 oktyabr 2013, 15:50
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 13:40
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Prezident İlham Əliyevə telefonla zəng etmişdir
11 oktyabr 2013, 12:30
İsrail Prezidenti Şimon Peres Prezident İlham Əliyevə telefonla zəng etmişdir
10 oktyabr 2013, 17:55
İlham Əliyev ulu öndər Heydər Əliyevin məzarını ziyarət etmişdir
10 oktyabr 2013, 17:35
İlham Əliyev Pakistan Senatının sədr müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.