Gerb

27 avqust 2010, 14:08

Çox hörmətli cənab Prezident!

Kür çayında daşqınlar zamanı sel suları mənim də evimi uçurmuşdur. Sizin diqqət və qayğınız sayəsində bizə hər cür yardım göstərilmişdir. İndi isə Sizin tapşırığınıza əsasən mənə də yeni ev tikilir.

Prezidentimizin bu diqqət və qayğısı ailə üzvlərimizin böyük sevincinə səbəb olmuşdur. Sizə ailə üzvlərimiz adından dərin minnətdarlığımı bildirirəm.

Tanrı Sizi qorusun.

Hörmətlə,

Şəhrəbanı Abdullayeva
Azərbaycan Respublikası, Kürdəmir rayonu, Carlı kəndi