Gerb

19 sentyabr 2012, 15:15

Möhtərəm cənab Prezident!

Ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi Sizin Azərbaycan incəsənəti və mədəniyyəti yolunda xidmətlərimi yüksək qiymətləndirərək mənə göstərdiyiniz etimada – məni “Əməkdar Artist” fəxri adı ilə təltif etdiyinizə görə Sizə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Bu, Sizin Azərbaycan mədəniyyətinə, incəsənətinə göstərdiyiniz diqqət və qayğının bariz nümunəsidir. Müstəqil Azərbaycanımızın inkişafı və çiçəklənməsi naminə gördüyünüz işlərdə Sizə sonsuz uğurlar arzulayıram.


Dərin hörmətlə,

Tkaçova Lyubov,
Əməkdar Artist,
Dövlət Xor Kapellasının artisti.

Azərbaycan Respublikası, Bakı şəhəri. 

2015-ci ilin iyununda
keçiriləcək İlk Avropa Oyunlarına
xoş gəlmisiniz
603 İLK AVROPA OYUNLARINA
QALAN GÜNLƏR