Gerbprint

Azərbaycan Prezidenti

rəsmi internet səhifə

Eldar Məmmədovdan, Bakı, Azərbaycan

Text size Plus Minus

20 sentyabr 2012, 15:30

Möhtərəm Prezident!

Məni respublikanın “Əməkdar Artisti” fəxri adına layiq gördüyünüzə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Böyük Azərbaycan incəsənətində kiçik zəhmətimə verdiyiniz qiymət məni yeni sənət uğurları qazanmağa daha da ruhlandıracaqdır. Bu, Sizin Azərbaycan mədəniyyətinə və incəsənətinə göstərdiyiniz diqqət və qayğının daha bir nümunəsidir.

Hörmətli Prezident, Sizə möhkəm cansağlığı, uzun ömür, xalqımızın rifahı və Azərbaycan mədəniyyətinin çiçəklənməsi naminə fəaliyyətinizdə uğurlar arzu edirəm.

Dərin hörmət və məhəbbətlə,

Məmmədov Eldar Ramiz oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri.

www.president.az

Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi