|
20 sentyabr 2012, 15:45
Eldar Mansurovdan, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident! Siz respublikamızın siyasi, iqtisadi və mədəni inkişafı naminə çox önəmli işlər görmüsünüz. Belə gərgin iş qrafikinizin olmasına baxmayaraq, Siz mədəniyyət və incəsənət xadimlərimizi heç vaxt diqqətdən kənar qoymursunuz. 18 sentyabr – Milli Musiqi Günü ilə əlaqədar imzaladığınız Sərəncamda öz adımı “Xalq artisti” fəxri adı alanların siyahısında görəndə sevincimin həddi-hüdudu yox idi. Qeyd edim ki, bu il Siz həyatımın ən əziz günlərində - doğum günümdə məni “Prezident təqaüdü”nə və bir neçə gün bundan əvvəl milli musiqimizin banisi Üzeyir bəyin ad günü – musiqi günü ərəfəsində “Xalq artisti” fəxri adına layiq görməklə mənə hədsiz sevinc bəxş etdiniz. Mənim kiçik əməyimə verdiyiniz böyük qiymətə görə Sizə ailəm adından və öz adımdan dərin təşəkkürümü bildirirəm. Bu diqqət və qayğının nəticəsində mən də öz növbəmdə daha möhtəşəm əsərlər yazmağı özümə borc bilirəm.
Sizə Tanrıdan uzun ömür, cansağlığı, ailə xoşbəxtliyi və müstəqil respublikamızın gündən-günə çiçəklənməsi naminə yeni-yeni uğurlar arzulayıram.
Eldar Mansurov. AXTAR:
XƏBƏRLƏR:
14 avqust 2013, 13:55
İlham Əliyev İsmayıllı şəhərində yeni avtovağzalın açılışında iştirak etmişdir
14 avqust 2013, 13:45
İlham Əliyev İsmayıllıda İvanovka-Hacıhətəmli-Mollaisaqlı avtomobil yolunun açılışında iştirak etmişdir
14 avqust 2013, 13:30
İlham Əliyev “İsmayıllı-1” Su Elektrik Stansiyasının açılışında iştirak etmişdir
14 avqust 2013, 13:20
İlham Əliyev İsmayıllıda tikiş fabrikinin açılışında iştirak etmişdir
14 avqust 2013, 12:50
İlham Əliyev İsmayıllı şəhərinə içməli suyun verilməsi mərasimində iştirak etmişdir
14 avqust 2013, 12:30
İlham Əliyev İsmayıllı rayonuna səfərə gəlmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.