|
26 sentyabr 2012, 10:45
Təranə Əhmədovadan, Bakı, Azərbaycan
Möhtərəm və sevimli Prezident! Bu məktubu yazmaqla az da olsa xoş sözlərimi Sizə çatdırmaq istədim. Torpaqlarımız işğal edildikdən və əzizlərimizi itirdikdən sonra daxilimdən sevinc hissi yox olmuşdu. Üstəlik Ramil Səfərovun həbsi dərdimi daha da böyütmüşdü. Sanki həbs edilən o deyil, bizlər idik. Bacardığım göz yaşları içində dua etmək olmuşdu. Lakin, Sizə ümidim böyük idi. Bu inam hələ unudulmaz liderimiz, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin hakimiyyəti dövründən yaranmışdı. Nəhayət, bu il avqustun 31-də eşitdiyim şad xəbər, and olsun ki, məni yenidən həyata qaytardı. Sayənizdə gözlərimə işıq, qəlbimə sevinc doldu. Allah Həzrət Əlinin gücünü qolunuza, qılıncının kəsərini sözünüzə verib daim Sizi qalib etsin. Bu millətə sahib çıxdığınız, onun qayğısını çəkdiyiniz üçün Allah Sizi ailənizlə birlikdə sevib-sevindirsin və sevdirsin. Bu uğurunuz milyonlarla insana sevinc bəxş etmişdir. Böyük diqqət göstərib Ramil Səfərovu azad etdiyiniz üçün bütün xalqın adından arzu edirəm ki, Uca Rəbbim Sizə uzun ömür, cansağlığı, davamlı uğurlar və əsl xoşbəxtlik əta etsin. Həmişə qalib olasınız! Milyonları sevindirdiyiniz üçün Allah Sizi sevindirsin! Amin! Mən inanıram ki, bir gün Heydər Əliyev siyasətinin, onun zəkasının, gücünün təntənəsi olaraq Qarabağımızı da azad edəcək, bu xoş xəbərlə millətimizi növbəti dəfə sevindirəcəksiniz. Bu millət Sizin üçün dua edir! Allah Sizi qorusun! Hörmətlə,
Əhmədova Təranə Müzəffər qızı. AXTAR:
XƏBƏRLƏR:
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
11 avqust 2013, 19:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olmuşdur
11 avqust 2013, 18:40
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibli görüşü olmuşdur
11 avqust 2013, 18:00
İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın təkbətək görüşü olmuşdur
11 avqust 2013, 17:45
İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın rəsmi qarşılanma mərasimi olmuşdur
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.