|
30 sentyabr 2012, 15:00
Çin Xalq Respublikasının Sədri Zati-aliləri cənab Hu Szintaoya
Hörmətli cənab Sədr, Milli bayramınız – Çin Xalq Respublikasının yaranması günü münasibətilə Sizi və bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. Bu gün Azərbaycan-Çin münasibətləri dinamik və hərtərəfli inkişaf yolundadır. Dost ölkələrimiz arasında daim genişlənən işgüzar əlaqələr, bir sıra sahələri əhatə edən səmərəli əməkdaşlığımız dərin tarixi kökləri olan ənənələrimizin yeni müstəvidə inkişafının bariz ifadəsidir. Əminəm ki, yüksək səviyyəli dövlətlərarası münasibətlərimiz, beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı dəstəyimiz bundan sonra da ölkələrimizin mənafelərinə, xalqlarımızın rifahına xidmət edəcəkdir. Hörmətli cənab Sədr, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Çin xalqına əmin-amanlıq və firavanlıq diləyirəm. Hörmətlə,
İlham Əliyev 21 sentyabr 2012, 15:10
Diplomatik xidmət orqanları rəhbərlərinin dördüncü müşavirəsində İlham Əliyevin nitqi
more...
AXTAR:
XƏBƏRLƏR:
13 avqust 2013, 19:55
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin bəyanatlarla çıxış etmişlər
13 avqust 2013, 19:05
Azərbaycan-Rusiya sənədlərinin imzalanma mərasimi olmuşdur
13 avqust 2013, 19:00
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin geniş tərkibdə görüşü olmuşdur
13 avqust 2013, 18:25
İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin təkbətək görüşü olmuşdur
12 avqust 2013, 15:15
İlham Əliyev Sabunçu-Zabrat-Maştağa-Buzovna avtomobil yolunun Zabrat-Buzovna sahəsinin əsaslı şəkildə yenidən qurulması işləri ilə tanış olmuşdur
11 avqust 2013, 19:35
İlham Əliyevin adından İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın şərəfinə rəsmi ziyafət verilmişdir
|
© 2010-2013 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidenti Mətbuat Katibinin xidməti və Prezident Administrasiyası Siyasi təhlil və informasiya təminatı şöbəsi tərəfindən həyata keçirilir.