Gerb

31 avqust 2010, 12:27

Salam, möhtərəm cənab Prezident!

Mən, Dadaşova Gözəl Qasım qızı hazırda Rusiyada, Həştərxan Dövlət Tibb Akademiyasında təhsil alır, tibb elminin sirlərinə yiyələnirəm. Əminəm ki, dörd ildən sonra yaxşı həkim olacağam. Mən həmişə dostlarıma gözəl ölkəm, onun misilsiz təbiəti, adət və ənənələrimiz, gənc və müstəqil, lakin artıq dünya siyasi proseslərində mühüm rol oynayan dövlətimizdən danışıram. Mən Vətənimlə fəxr edirəm.

Mən sizə böyük minnətdarlığımı bildirirəm. Sizin sayənizdə Azərbaycan qüdrətli, vətəndaşları gələcəyə inamla baxan dövlətə çevrilmişdir. Allah Sizi qorusun!

Hörmətlə,

Dadaşova Gözəl Qasım qızı

Rusiya, Həştərxan, Sovet rayonu,
Semikovka qəsəbəsi, Sentralnaya küçəsi, ev 22.